EN

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanlı cüdoçu Uşanqi Kokauri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

"Report" xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

U.Kokauri bürünc medal uğrunda çexiyalı Lukaş Krpaleklə yarışacaq.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Chosen
22
50
report.az

10Sources