AZ

Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışlarda üç medal qazanıblar

Bakı, 19 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə start verib.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc medal uğrunda görüşdə tacikistanlı Temur Raximova məğlub olub və medalsız qalıb.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edib.

Bununla da idmançılarımız fərdi yarışlarını üç medalla başa vurublar. Yığma üzvlərindən Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (+100 kiloqram) bürünc medal qazanıblar. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
0
1
azertag.az

10Mənbələr