AZ

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə start verir

Azərbaycanın

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə start verəcək.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri 1/32 finalda serbiyalı İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir.

Yığma üzvlərindən Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (+100 kiloqram) bürünc medal qazanıblar. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
0
4
xalqcebhesi.az

10Mənbələr