EN

Volqoqrad hava limanı fəaliyyətini bərpa edib

Volqoqrad hava limanı yenidən normal rejimdə işləyir — təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə özünün Teleqram kanalında Rosaviasiya nümayəndəsi Artem Korenyako məlumat verib.

“Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”, o yazıb.

Korenyako qeyd edib ki, məhdudiyyətlər dövründə dörd təyyarə alternativ aerodromlara “gedib”.

Volqoqrad hava limanında məhdudiyyətlər Moskva vaxtı ilə saat 16:10-da tətbiq edilib.

Chosen
10
nocomment.az

1Sources