EN

BMT Təhlükəsizlik Şurası Yaxın Şərq və Ukrayna ilə bağlı iclas keçirəcək


BMT Təhlükəsizlik Şurası cümə günü, iyunun 20-də iki iclas keçirəcək: biri İran və İsrail arasında gərginliyin artması, digəri isə Ukraynadakı vəziyyətlə bağlı.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına iyunda sədrlik edən Qayananın BMT yanında Daimi Nümayəndəliyi jurnalistlərə bildirib.
“İranın tələbi ilə bağlı sessiya cümə günü səhər saat 10:00-da (Bakı vaxtı ilə 18:00), Ukrayna üzrə sessiya isə 15:00-da (Moskva vaxtı ilə 23:00) keçiriləcək”, - məlumatda deyilib. 
Chosen
19
50
yeniavaz.com

10Sources