ABŞ Prezidenti Donald Tramp Çinin Tiktok sosial şəbəkəsinin ölkə ərazisində fəaliyyətinin dayandırılmasının müddətini 90 gün, yəni sentyabrın 17-dək uzadıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.
“Mən indicə Tiktokun bağlanma müddətinin 90 gün (17 sentyabr 2025-ci ilə qədər) uzadılması ilə bağlı sərəncam imzaladım”, - deyə o bildirib.