İkimərtəbəli binanın damında tikilmiş hostel söküldü... Oradakı sanitar qovşaq, hamam və hovuz da yerlə-yeksan edildi...
Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Azadlıq prospekti 13 ünvanındandır. Tarixi binanın damında 25 ildir fəaliyyət göstərən hovuzun qanunsuz tikildiyi bildirilib.
Həmin hovuzu binanın ən sonuncu mərtəbəsində yaşayan Valeh Abbasəliyev tikib. Sahibkar iddia edib ki, bu tikililər müvafiq icra strukturlarının icazəsi ilə aparılıb.
Valeh Abbasəliyev deyir ki, damdakı əlavə tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət edəcək.
Məsələ ilə bağlı binanın balansdaşıyıcısı olan Nəsimi Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etdik.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, şikayət əsasında bir müddət öncə birliyin mütəxəssisləri binaya baxış keçiriblər.
Müəyyən edilib ki, damda tikilən hovuz və əlavə tikili binanın konstruksiyasına və dam örtüyünə ciddi təhlükə yaradır. Tikililərin binaya daha böyük zərər verməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb və tikililər sökülüb.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â