ABŞ Prezidenti Donald Tramp iki həftə ərzində İrana hücum edib-etməyəcəyi barədə qərar verəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Tramp hesab edir ki, Tehranla nüvə proqramı üzrə diplomatik əlaqə şansları var, buna görə iki həftə gözləyə bilər.
“İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu üçün mən iki həftə ərzində hərəkət edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – o, Trampın bəyanatını oxuyub.
Qeyd edək ki, bundan əvvəl Tramp İrana zərbələr endirmək ehtimalını istisna etməyib.
İsrail isə ABŞ-ın 24–48 saat ərzində İranı vurmaqla bağlı qərar verəcəyini gözləyir. Bu barədə adı açıqlanmayan İsrail rəsmisinə istinadən “The Times of Israel” qəzeti məlumat yayıb.
"Gözləntiləri onların qoşulmasıdır, lakin heç kim onları məcbur etmir. Onlar özləri bu barədə qərar qəbul etməlidirlər. Növbəti 24-48 saat ərzində biləcəyik”, - deyə İsrail rəsmisi bildirib.