EN

İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb.

Oxu.Az görüntüləri təqdim edir:

Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri (19.06.2025) pic.twitter.com/3B3Fsi47Ll

— İlham Əliyev (@azpresident) June 19, 2025

Qeyd edək ki, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra "Azərbaycan" məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan" məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
18
oxu.az

10Sources