EN

Çində əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Bakı. Trend:

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edənşiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatınamənfi təsir edib.

Trend xəbər verir ki, Caoçinşəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsiilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utipqasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədəhəyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyunsəviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb.Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb.Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına vəqabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub.

Huayci rayonunda sel təhlükəsi ilə bağlı 1-ci dərəcədəxəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkətidayandırılıb. Quandon ilə yanaşı Anhuy, Hubey, Hunan və Quycouəyalətlərində və Çonçin şəhərində də sel təhlükəsi ilə əlaqədarxəbərdarlıq elan edilib.

Chosen
40
az.trend.az

1Sources