EN

Qrossi: İran nüvə bombası hazırlamayıb

BAKI, 20 iyun. TELEQRAF

İsrailin hücumları ərəfəsində İran nüvə bombası istehsal etmirdi.

Teleqraf "La Nacion" qəzetinə istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.

"Bu kimi məsələlərdə çox diqqətli olmalıyıq. İraqa kütləvi qırğın silahlarından istifadə etmək üçün 45 dəqiqə lazım olduğu barədə faciəli bəyanatı hamımız xatırlayırıq..."- Qrossi bildirib.

Bundan əvvəl Rafael Qrossi bəyan etmişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra radiasiya sızması riski var.

MAQATE İsrailin İranın Natanz şəhərindəki nüvə obyektinə endirdiyi zərbələrdən sonra yeraltı uranın zənginləşdirilməsi salonlarına təsir göstərən sübutlar tapıb.

Chosen
13
4
teleqraf.com

10Sources