EN

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başladı

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. SİA xəbər verir ki, diplomatların olduğu təyyarə Laçın Beynəlxalq Hava Limanına enib.

Nümayəndələri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb.

Məsim Məmmədob nümayəndələri hava limanı barədə məlumatlandırıb.

Onlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Diplomatlar burada Laçın İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, Həkəri çayının sahilinə baş çəkəcək, Laçında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olacaqlar.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.

Chosen
11
1
sia.az

2Sources