AZ

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başladı

BAKI, 20 iyun. TELEQRAF

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Teleqraf-ın səfəri izləyən əməkdaşı xəbər verir ki, diplomatların olduğu təyyarə Laçın Beynəlxalq Hava Limanına enib.

Onlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Diplomatlar burada Laçın İstirahət Kompleksi, “Hoçazfilm” yaradıcılıq studiyası, Həkəri çayının sahilinə baş çəkəcək,Laçında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olacaqlar.

Diplomatik korpusun nümayəndələri iyunun 21-i isə Şuşa və Ağdama gedəcəklər.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr