EN

Sevgilisinin başqa maşına mindiyini görən şəxs sürücü ilə dava etdi - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nəbi Badıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.


İttihama görə, hadisə ötən Abşeron rayonu, Masazır kəndi, “Qurutuluş 93” yaşayış kompleksinin ərazisində qeydə alınıb.


Belə ki, Nəbi Badıyev binanın həyətində qeyri-rəsmi münasibətdə olduğu qadının zərərçəkmiş Bakir Əsədovun (adı, soyadı şərtidir) idarə etdiyi “Hyundai-Grandeur” markalı avtomobilə əyləşdiyini görüb. Bu zaman o, zərərçəkmiş şəxsə yaxınlaşıb mübahisə edərək qısqanclıq zəminində bir dəfə təpiklə onun sol ayaq nahiyəsinə vurub.


Hadisədən sonra Nəbi Badıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 20 İyun 2025, 09:35   
Chosen
9
1
pravda.az

2Sources