EN

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

PSJ-nin baş məşqçisi Luis Enrike klublararası dünya çempionatının ikinci turunda "Botafoqo"ya gözlənilməz məğlubiyyəti (0:1) şərh edib. 

Fanat.Az xəbər verir ki, "Le Parisien" ispaniyalı çalışdırıcının fikirlərini belə çatdırıb:

- Oyun əvvəldən gərgin keçdi. Şans yaratmaqda çətinlik çəkdik. Rəqib isə mütəşəkkil və aqressiv idi. Onların vurduqları qol bir az qəribə idi, onların adi üslubunda deyildi. Amma bu, "Botafoqo"nun yaxşı oynaması faktını dəyişmir. Düzünü desəm, "Botafoqo" yəqin ki, bu mövsüm oynadığımız ən güclü komandadır". 

"Botafoqo" altı xalla B qrupuna başçılıq edir, PSJ isə üç xalla ikincidir. Həlledici görüşlər iyunun 23-də baş tutacaq: parislilər "Sietl Saunders"lə, braziliyalılar isə “Atletiko Madrid” ilə qarşılaşacaq. 

Mirağa

Chosen
22
1
fanat.az

2Sources