EN

İranın raketlərindən biri İsraildəki Microsoft binasına düşüb - İDDİA

İranın raket hücumu ilə əlaqədar İsrailin cənubunda, xüsusilə Birussebi şəhəri və ətraflarında hücum həyəcanı siqnalı verilib.

İsrail ordusu daha sonra komandalarının vurulma xəbəri aldıqları yerdə əməliyyat apardığını açıqladı.

İsrail polisinin sözçüsü tərəfindən edilən açıqlamada, Birussebi şəhərində raketin düşdüyü nöqtədə polis qruplarının və bomba zərərsizləşdirmə mütəxəssislərinin çalışdığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə çoxlu avtomobil və bəzi binaların zədələndiyi görülüb.

Yediot Ahranot qəzetinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, raket yaşayış massivindəki dayanacağa dəyib, yerdə dəlik yaradıb və bir çox avtomobil yanıb.

“Haaretz” qəzeti ordudakı mənbələrə istinadən yazıb ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketi ələ keçirə bilmir və insident araşdırılır.

News365.az Türk medyasına istinadla xəbər verir ki, İsrailin fövqəladə hallar xidmətlərinin verdiyi məlumata görə, ilkin məlumatlara görə, raketin İsrail hava qüvvələrini vurması nəticəsində 6 nəfər yüngül xəsarət alıb.

Raketin hədəfə dəyməsi, bir anda yanğının baş verməsi və qara tüstünün yüksəlməsinin görüntüləri sosial mediada paylaşılıb.

İranın raketlərindən birinin İsraildəki Microsoft binasına düşdüyü iddia edilib.

İsrailin təcili yardım xidməti Magen David Adom tərəfindən paylaşılan görüntülərə görə, Microsoft-un ofisinin yerləşdiyi texnoparkın ətrafında çoxsaylı yanğınlar baş verib.


Chosen
13
news365.az

1Sources