EN

İsrail prezidenti: "İsrailin İranda hökuməti dəyişdirmək məqsədi yoxdur"

"İsrailin İranda hökuməti dəyişdirmək kimi bir məqsədi yoxdur"...

Oxu.Az xəbər verir ki, bu sözləri İsrail Prezidenti İsxak Hersoq "Bild" nəşrinə müsahibəsində deyib.

Lakin İsrail prezidenti İranın nüvə proqramına qarşı həyata keçirilən hərbi əməliyyatları yeganə düzgün qərar adlandırıb.

"Biz dəqiq bilirik ki, İran uranın zənginləşdirilməsinin müəyyən edilmiş həddinə çatıb. O, uranı 60%-ə qədər zənginləşdirib və bu, nüvə silahı hazırlamaqdan başqa məqsəd daşımır", - deyə İ.Hersoq əlavə edib.

Poliqon.info

Chosen
4
3
poliqon.info

5Sources