Tovuz sakini yanıq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Z.İbrahimov bədənin 70-80 faizi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onu Bakı şəhərində yerləşən yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulub.
Z.İbrahimov ruhi-əsəb xəstəsi olub. Məlumata görə o, üzərinə benzin tökərək yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov