EN

ABŞ İrana qarşı taktiki nüvə silahını nəzərdən keçirir


ABŞ administrasiyası İranın Qum şəhəri yaxınlığındakı dağlıq ərazidə yerləşən Fordoda yeraltı uranın zənginləşdirilməsi kompleksinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadə etməyi istisna etmir. Bu məlumat İsrail və İran arasında davam edən münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilmək təhlükəsi yaratdığından geniş rezonansa səbəb olub.

Belə ki, ABŞ ordusu GBU-57A/B kimibunker bombalarının yerin 90 metrə qədər dərinliyində yerləşən Fordo obyektinin məhv edilməsində təsirli ola biləcəyinə inanır. Bununla belə, Pentaqonun bu super bərkimiş kompleksi tamamilə sıradan çıxarmaq qabiliyyətinə şübhələri də var. Belə ki, Fordodakı nüvə obyektiniməhv edilməsi üçün bir-birinin ardınca adi bombalar, sonra isə B-2 bombardmançısının taktiki nüvə zərbəsi lazımdır.

Surxay Əliyev

Chosen
6
baki-xeber.com

1Sources