EN

34 yaşlı ruhi xəstə özünü yandırdı

Tovuz sakini yanıq xəsarəti alıb.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Z.İbrahimov bədənin 70-80 faizi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onu Bakı şəhərində yerləşən yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulub.

 Z.İbrahimov ruhi-əsəb xəstəsi olub. Məlumata görə o, üzərinə benzin tökərək yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
11
2
yenisabah.az

3Sources