EN

DİN-in Hərbi İnstitutunda buraxılış olub

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbird daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıran nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.

Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında onun mühüm rol oynadığını diqqətə çatdırıb. O, Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarların qəbul edildiyini vurğulayıb, xüsusi diqqət və qayğının nəticəsi olaraq Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir olduğunu bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi dəyərləndirib.

Daxili Qoşunların Hərbi İnstitutunun bu gün öz təyinatına uyğun olaraq Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Chosen
20
23
aznews.az

10Sources