EN

İdarə etdiyi avtomobili qəsdən aşıraraq sərnişinin ölümünə səbəb olmaqda ittiham edilən şəxsə hökm oxunub

Bakıda idarə etdiyi avtomobili qəsdən aşıraraq sərnişi öldürməkdə ittiham olunan Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 3-də Bakının Yasamal rayonunda baş verib.

Rəsmi məlumata görə, “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölüb, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov isə xəsarətlər alıb.

Faktla ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

Məlumata görə, ibtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Mustafa Nəcəfova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunub.

Chosen
16
7
report.az

9Sources