EN

1213-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1213-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 64 585 PUA-sı, 611 zenit-raket kompleksi, 23 982 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 413 artilleriya və minaatanı, 37 058 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
7
49
axar.az

10Sources