14 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisi basketbol üzrə "Airom Cup" beynəlxalq turnirində 3-cü oyununu keçirib.
İdman.biz xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində təşkil edilən yarışda rəqibimiz yerli "Airom" klubu olub.
Basketbolçularımız 89:32 hesablı qələbə ilə ardıcıl üçüncü dəfə parketdən üstün ayrılıb.
Qeyd edək ki, komandamız ilk qarşılşmada Qırğızıstanın "Edelveys"inə 94:13, Rusiyanın "Devons"una 89:23 hesabı ilə qalib gəlib.
İyunun 22-də başa çatacaq turnirin ən güclüsü dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
İdman.biz