EN

“Araz-Naxçıvan” iki futbolçusu ilə müqaviləni uzatdı

“Araz-Naxçıvan” iki futbolçusu ilə müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Ötən mövsüm də Naxçıvan təmsilçisinin formasını geyinən Elçin Mustafayev və Turan Vəlizadə ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Chosen
8
35
idmanxeber.az

10Sources