Xəzər dənizində nüvə təhlükəsi mövcuddur və Rusiya İranla bağlı vəziyyəti yenidən danışıqlar masasına gətirmək üçün bütün səylərini göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz bütün gücümüzlə bu prosesi dialoq yolu ilə həll etməyə çağırırıq və çalışırıq, çünki bütün region üçün fiziki təhlükə mövcuddur, biz də bu regiona daxilik. Xəzər dənizi təkcə İran deyil, bir neçə ölkəni, o cümlədən Rusiyanı əhatə edir və bizim üçün böyük əhəmiyyət kəsb edir. İsrail isə başqa su hövzəsinə çıxışı var, orada da bir sıra dövlətlərlə sərhəddir",- o qeyd edib.
Zaxarova vurğulayıb ki, belə nüvə risklərinin qarşısını almaq üçün beynəlxalq səylər çox vacibdir.