EN

Daha bir itkin şəhidimiz dəfn olundu - Fotolar

I Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Cəfər oğlu Ələsgərovun şəxsiyyəti müəyyənləşdirilərək qalıqları ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, qalıqları Xocavənd rayonunda tapılan şəhid Tovuz rayonunun Ağbaşlar kəndində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində yaxınları, I Qarabağ müharibəsinin iştirakçıları və rəsmilər iştirak ediblər.

Qeyd edək ki, F.Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüşdü.

Yunis Quliyev






Chosen
21
1
qafqazinfo.az

10Sources