EN

Səhiyyə naziri məzunlarla görüşdə: "Azərbaycanın sağlam gələcəyi sizin əlinizdədir” (FOTO)

Bakı. Trend:

İyunun 20-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 nömrəliBakı Tibb Kollecinin tələbələrinin təntənəli “Məzun günü” tədbirikeçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyəişçiləri və digər qonaqlar iştirak ediblər.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider HeydərƏliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşqəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması iləbaşlayıb.

Səhiyyə naziri Teymur Musayev məzunları əlamətdar günmünasibətilə təbrik edərək, onların Azərbaycan səhiyyəsinininkişafında mühüm rol oynayacaqlarına inamını ifadə edib: “Bu güngərgin zəhmətinizin, yuxusuz gecələrinizin və təhsilə olansədaqətinizin nəticəsidir. Bu tarixdən etibarən siz Azərbaycanınsağlam gələcəyi naminə şərəfli və məsuliyyətli missiyayabaşlayırsınız. Orta tibb işçiləri tibbi xidmətin əsas sütunudur vəonların peşəkarlığı səhiyyəmizə ciddi töhfə verir.”

Prezident İlham Əliyevin və Birinci vitse-prezident MehribanƏliyevanın səhiyyəyə göstərdiyi xüsusi qayğını vurğulayan nazirqeyd edib ki, aparılan islahatlar və infrastruktur yenilənməsinəticəsində ölkədə tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətlidərəcədə yüksəlib.

Teymur Musayev 1 nömrəli Bakı Tibb Kollecinin zəngin ənənələrəvə müasir inkişaf yoluna malik olduğunu diqqətə çatdırıb. O,görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu təhsilocağındakı fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Zərifəxanımın 1962–1969-cu illərdəki fəaliyyəti bu kollecin tədrissəviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.”

Daha sonra kollecin direktoru Nailə Əliyeva da məzunları təbrikedərək, onların həm savadlı tibb işçisi, həm də məsuliyyətlivətəndaş kimi formalaşmasının təməl hədəf olduğunu qeyd edib.“İnanıram ki, məzunlarımız dövlətçiliyimizə və səhiyyəmizəsədaqətlə xidmət göstərəcək, kollecin adını daim ucatutacaqlar.”
Tədbirin sonunda məzunlar Hippokrat andı içərək, xalqa sədaqətləxidmət edəcəklərinə söz veriblər. Təhsildə fərqlənən tələbələrəfəxri fərmanlar təqdim olunub.

Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Chosen
23
4
az.trend.az

5Sources