EN

Səfir Kımqu Kanq: Laçının belə gözəl olduğunu heç təsəvvür etməzdim

Laçın, 20 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İlk dəfədir ki, Laçına gəlirəm. Bu yerlərin belə gözəl olduğunu heç təsəvvür etməzdim. Yüksək səviyyədə tikinti işlərinin getdiyinin şahidi oldum.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Laçına səfəri zamanı Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq söyləyib.

“Ümid edirəm ki, bu torpaqlarda tezliklə tamamilə sülh olacaq. Tikinti işləri nəticəsində bu ərazilər tam bərpa ediləcək”, - deyə o bildirib.

Chosen
12
1
azertag.az

2Sources