Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
Xezexeber.az-ın məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.