EN

DİQQƏT! Bu küçədə hərəkət məhdudlaşacaq

Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Far.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Chosen
10
44
far.az

10Sources