AZ

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

"21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".

Bu barədə Musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Seçilən
8
44
musavat.com

10Mənbələr