EN

İki ölkədən İsrailə hərbi dəstək - İrana qarşı 14 yük təyyarəsi ilə silah göndərdilər


İsrail Müdafiə Nazirliyi İranla davam edən hərbi gərginlik fonunda ABŞ və Almaniyadan orduya dəstək üçün avadanlıq və təchizatla yüklənmiş 14 yeni hərbi yük təyyarəsinin ölkəyə gəldiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada təyyarələrin İsrailin 13 iyunda İrana hücumları başladığı gündən istifadə etdiyi hava və dəniz körpülərinin bir hissəsi olaraq ölkəyə gəldiyi bildirilib.

Açıqlamada göndərişin ordunun “əməliyyat hazırlığına” dəstək məqsədi daşıdığı və bunun 7 oktyabr 2023-cü il tarixində Qəzzaya qarşı müharibənin başlamasından bu yana İsrailə gələn 800-dən çox hərbi yük təyyarəsinin davamı olduğu bildirilib.

İsrail Müdafiə Nazirliyi avadanlığın mahiyyəti ilə bağlı heç bir məlumat paylaşmayıb, Vaşinqton və Berlindən də hələlik heç bir açıqlama verilməyib.

TAHİR

Chosen
5
1
baki-xeber.com

2Sources