İsrail Müdafiə Nazirliyi İranla davam edən hərbi gərginlik fonunda ABŞ və Almaniyadan 14 yeni hərbi yük təyyarəsinin orduya dəstək vermək üçün ölkəyə gəldiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada təyyarələrin İsrailin iyunun 13-də İrana hücumları başlayandan bəri istifadə etdiyi hava və dəniz körpüləri çərçivəsində ölkəyə gəldiyi qeyd edilib.
Göndərmənin ordunun “əməliyyat hazırlığına” dəstək məqsədi daşıdığı bildirilən açıqlamada bunun 7 oktyabr 2023-cü ildə Qəzzada müharibənin başlamasından bu yana İsrailə gələn 800-dən çox hərbi yük təyyarəsinin davamı olduğu bildirilib.
İsrail Müdafiə Nazirliyi avadanlığın mahiyyəti ilə bağlı heç bir məlumat verməyib, Vaşinqton və Berlin isə hələlik heç bir açıqlama verməyib.