Saatlıda 18 yaşlı oğlan Araz çayında batıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, Novruzlu kənd sakini, 2007-ci il təvəllüdlü Zəka Qasımovun çayda batması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və axtarışlar davam etdirilir.