EN

Sədərəkdə yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

Sədərək rayonu ərazisində qəza olub, 2 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza Şərur-Sədərək magistral yolunda baş verib. "Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı avtomobili toqquşub.

Qəzada 2 nəfər xəsarət alıb, onlar Şərur rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Sədərəkdə
Chosen
9
2
apa.az

3Sources