EN

Paşinyan Ərdoğanı Ermənistana dəvət etmək niyyətində olduğunu bildirib

Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, baş nazir bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər.

Xatırladaq ki, iyunun 20-də Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk işgüzar səfərə gedib və onlar arasında görüş planlaşdırılıb.

Chosen
13
21
missiya.az

10Sources