İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb. Agos-un məlumatına görə, Paşinyan 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət edəcəyini bildirib. Xatırladaq ki, Paşinyan İstanbulda işgüzar səfərdədir. O, axşam saatlarında Ərdoğanla görüşəcək.
Surxay Əliyev