EN

Azərbaycan Sinqapurda turizm sərgisində təmsil olunacaq

Azərbaycan bu ilin 15-17 oktyabr tarixlərində Sinqapurda "ITB Asia 2025" turizm sərgisində təmsil olunacaq.

Trend-in əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyi artıq sərgidə iştirakla əlaqədar müvafiq sahəni icarəyə götürüb.

Belə ki, agentlik sərgidə sahənin icarəsi xidməti ilə bağlı "Messe Berlin (Sıngapore) PTE LTD" şirkəti ilə müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, şirkətə 96 997 manat ödənilib.

Qeyd edək ki, "ITB Asia" Asiyanın aparıcı turizm sərgilərindən biri olaraq turizm peşəkarlarının əlaqə qurması, əməkdaşlıqları inkişaf etdirməsi və sürətlə böyüyən Asiya turizm bazarındakı imkanları araşdırması üçün mühüm platformadır. Sərgi istirahət, korporativ və MICE (Görüşlər, Təşviqlər, Konfranslar və Sərgilər) kimi müxtəlif turizm seqmentlərini əhatə edir və unikal istiqamətlərin və xidmətlərin təqdim olunması üçün ideal məkandır. Üç gün ərzində "ITB Asia" şəbəkələşmə, bazar tendensiyaları haqqında məlumat əldə etmək və qlobal qərar qəbul edən şəxslərlə dəyərli tərəfdaşlıqlar qurmaq üçün misilsiz imkanlar təqdim edir. Dinamik Asiya turizm sənayesinə çıxış nöqtəsi olan cITB Asia" təsirini genişləndirmək və dünyanın ən mühüm bazarlarından birində görünürlüğünü artırmaq istəyənlər üçün vacib bir tədbirdir.

Chosen
13
2
day.az

3Sources