EN

İsrail ordusu “Hizbullah”ın raket obyektlərinə zərbələr endirdi

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail ordusu Livanın cənubunda “Hizbullah” təşkilatının hərbi obyektlərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələrin hədəfi təşkilatın silahlı qanadının raket infrastrukturu və digər silah növləri olan anbarlar olub.

İsrail tərəfi iddia edir ki, “Hizbullah” silahlı qrupları vurulan ərazilərdə fəaliyyətlərini bərpa etməyə çalışırlar.

Xəbərdə bildirilir: "Silahların mövcudluğu və “Hizbullah”ın fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulması deməkdir. İsrail ordusu dövlətə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
sherg.az

10Sources