EN

100 il əvvəl ortaya çıxan və Yuxu epidemiyası nın sirri nə idi?

Sfera.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həyatını alt-üst etdi. Bəziləri həyatını itirdi, bəziləri isə canlı heykəllərə çevrildi. Ən qorxulusu odur ki, xəstəliyin səbəbi hələ də məlum deyil. Çünki bu epidemiya birdən ortaya çıxdı və sonra səssizcə yox oldu.Bəs bu sirli xəstəlik ilk dəfə necə ortaya çıxmışdı?

Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.

 

Ensefalit letargik halları ilk dəfə 1916-cı ildə Avstriyalı nevroloq Constantin von Economo tərəfindən təsvir edilmişdir. Fransız həkim Jean-Rene Cruchet eyni dövrdə oxşar hadisələri bildirmişdi. Əksər xəstələrdə zəiflik, qızdırma, baş, əzələ ağrısı və görmə pozğunluğu var idi. Bəzi xəstələrdə Parkinson xəstəliyinə bənzəyən psixiatrik simptomlar və ya əzələ sərtliyi də müşahidə edilirdi.

 

Cəmi bir neçə gün ərzində tənəffüs çatışmazlığından ölən xəstələr olsa da, zamanla katatoniyaya bənzəyən simptomlar göstərən sağ qalanlar da oldu. Onların üzləri tutqun, əzələləri sərtləşmiş, ətrafları ilə ünsiyyət qura bilmirdilər. Halbuki onların düşüncələri tamamilə aydın idi.

 

Xəstəliyin İspan qripi ilə əlaqəsi var idimi?

 

Qeyd etmək lazımdır ki, xəstəlik 1918-ci ildə ortaya çıxan ispan qripi ilə eyni dövrdə yayılmağa başlamışdı. Bu səbəbdən də əvvəlcə iki xəstəlik arasında bir əlaqənin ola biləcəyi düşünülürdü. Lakin aparılan araşdırmalar bu ehtimalı heç vaxt sübut edə bilməyib. Eyni simptomları göstərməyən, müxtəlif mərhələlərdə irəliləyən və fərqli nəticələr verən iki xəstəlik arasında birbaşa əlaqə müəyyən edilə bilməz.

 

Doktor Heidi Moawadın sözlərinə görə, hər bir xəstədə fərqli şiddətdə simptomların görünməsi diaqnoz prosesini çətinləşdirib. Bəzi xəstələr heç bir ağırlaşma olmadan sağalarkən, bəziləri ömür boyu davam edəcək nevroloji pozğunluqlarla mübarizə aparırdılar.

 

Hətta uşaqlarda aqressiv davranış pozuntularına səbəb ola bilər

 

Gənc yaşda bu xəstəliyə tutulan fərdlərin diqqəti yayındırma, narahatçılıq, yalan danışma və özünə zərər vermə kimi davranışlara sahib olduğu müşahidə edilmişdir. Yetkinlik yaşına çatdıqda, bu vəziyyət aqressiv davranışlara çevrilə bilirdi. Bəzi hallarda cinsi impulslarını idarə edə bilməyən və eyni cinsdən və ya daha gənc fərdlərə qarşı aqressivlik göstərən xəstələr qeydə alınıb.

 

Maraqlısı odur ki, bu davranışlar çox vaxt şüurlu deyil, impulsiv xarakter daşıyırdı. Xəstələr etdiklərinə görə peşman olduqlarını bildirsələr də, bu impulsiv davranışların qarşısını ala bilməyiblər. Və nəhayət, onlardan bəziləri ciddi Parkinson xəstəliyinə bənzər simptomlarla tamamilə cavabsız qaldı.Epidemiya 1920-ci illərin əvvəllərində pik həddinə çatdıqdan sonra sürətlə azalmağa başlayıb

 

Xəstəliklərin sayı 1927-ci ildən etibarən azalmağa başlayıb. 1929-cu ildə nəşr olunan bir hesabatda təxminən 80 fərqli müalicə üsulunun sınaqdan keçirildiyi, lakin bunların heç birinin qəti nəticə vermədiyi bildirilir. Bu günə qədər xəstəliyin səbəbi, onun ötürülmə üsulu və ya qəti müalicəsi tapılmamışdır.

 

L-DOPA kimi Parkinson dərmanları bir qədər müvəqqəti rahatlama təmin etsə də, qalıcı bir həll təmin yolu olmayıb. 1990-cı ildə Robin Uilyams və Robert De Nironun baş rollarda çəkildiyi "Oyanışlar" filmi xəstəliyə diqqət çəkən ən məşhur istehsallardan biridir.

Xanım

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
sfera.az

2Sources