EN

Robotlar üçün özünü bərpa edə bilən canlı dəri?

Yapon alimləri insan hüceyrələrindən canlı dəriyə ekvivalent yaratmaq üçün istifadə ediblər. Bu dəri robot səthlərinə yapışdırıla və real təbəssüm yarada bilər.

Tokio Universitetinin tədqiqatçıları öz tapıntılarını çəhrayı rəngli materialın narahatedici təbəssümlə uzandığını əks etdirən video ilə birlikdə paylaşıblar.

“Cell Reports Physical Science” jurnalındakı araşdırmada deyilir ki, onlar "canlı dəri ilə örtülmüş robot" yaratmaq üçün "dəri əmələ gətirən hüceyrə yüklü gel"dən istifadə ediblər.

Biohibrid robot mütəxəssisləri ümid edirlər ki, texnologiya bir gün insanabənzər görünüş və qabiliyyətlərə malik androidlərin ixtirasında rol oynayacaq.

Professor Şoji Takeuçinin rəhbərlik etdiyi komanda, həmçinin ümid edir ki, bu, qırışların əmələ gəlməsinə və üz ifadələrinin fiziologiyasına daha yaxşı işıq salmağa kömək edəcək və transplantasiya materialları və kosmetik vasitələrin inkişafına töhfə verəcək.

Alimlərin məqsədi robotlara bioloji dəriyə xas olan özünümüalicə qabiliyyətini bəxş etməkdir. Lakin bu, hələ mümkün deyil.

Əvvəlki tədqiqatlarda onlar robot barmağını örtən laboratoriyada yetişdirilmiş dəri üzərindəki kəsiyə kollagen peyvəndi edərək onun necə sağalmasını nümayiş etdirmişdilər.

Onlar gülümsəyən robotlarda oxşar müalicə testlərinin aparılmasının "bir problem olduğunu" söyləyiblər.

Axıcı şəkildə hərəkət edən "təbii təbəssüm" prototipi yaratmaq üçün dəriyə bənzər toxumanı jelatinləşdirərək robotun dəliklərinin içərisinə yerləşdiriblər.

Nubar Süleymanova, “İki sahil”

Chosen
14
ikisahil.az

1Sources