Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Kriştianu Ronaldunu bizimlə klublararası dünya çempionatında oynamağa dəvət etdim. Bu, həqiqətdir".
Fanat.Az xəbər verir ki, bunu "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo deyib.
Argentina klubunun çalışdırıcısının portuqaliyalı superulduz barədə sözlərini jurnalist Veronika Brunati şəxsi "X" hesabı üzərindən belə çatdırıb: "Martın ortalarında ona müraciət etdim. Ortaq dostumuz vasitəsi ilə tezliklə klublararası DÇ-nin başlayacağını xatırladaraq bizdə oynamaq istəyib-istəmədiyini soruşdum. Ronaldu təklif üzərində bir qədər düşündü, amma klubunda qalaraq növbəti mövsümə hazırlaşmaq qərarına gəldi".
Xatırladaq ki, Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" klublararası DÇ-də iştirak etmir.
Nihat
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.