EN

SEPAH ın daha bir komandiri yatdığı yerdə öldürüldü VİDEO

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin İranın Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Qeyd olunub ki, İzadi oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl qruplaşmanı maliyyələşdirmək və silahlandırmaqda məsul olub. Eləcə də, o, HƏMAS-ın hücumunu İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.

MOUZE telegram kanalı Səid İzadinin aviazərbələr nəticəsində öldürüldüyü iddia olunan evin görüntülərini yayıb.

Kanal iddia edir ki, İran generalı yatdığı yerdə öldürülüb. 

Həmin videonu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
lent.az

1Sources