8 iyul “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlakın açıq hərracı keçiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Satışa çıxarılan əmlak Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində yerləşir.
Qeyri-yaşayış təyinatlı bina 0.01518 hektar torpaq sahəsində yerləşir və ümumi sahəsi 126.5 kvadratmetr təşkil edir.
Əmlakın ilkin satış qiyməti 260 000 manat olaraq müəyyən edilib.
Mayya Hüseynova