EN

Bank əmlakı 260 000 manata satışa çıxarılır

8 iyul “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlakın açıq hərracı keçiriləcək.

Valyuta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Satışa çıxarılan əmlak Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində yerləşir.

Qeyri-yaşayış təyinatlı bina 0.01518 hektar torpaq sahəsində yerləşir və ümumi sahəsi 126.5 kvadratmetr təşkil edir.

Əmlakın ilkin satış qiyməti 260 000 manat olaraq müəyyən edilib.

Mayya Hüseynova

Chosen
46
valyuta.az

1Sources