Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edirb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Qeyd olunub ki, təminatlara əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların veriləcək, gündə 3 dəfə yemək ilə təmin edilmə və aşayış yeri ilə təmin edilmə daxildir.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri
Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.