EN

Çexiya səfiri: "Qarabağda bərpa işlərinin miqyası heyranedicidir"

"Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərinin miqyası heyranedicidir".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek Şuşaya səfəri zamanı bildirib.
 
"Gördüklərim, həqiqətən, heyranedicidir - çox böyük miqyasda iş görülüb", - diplomat qeyd edib.
 
Səfir Şuşada ilk dəfə olduğunu, lakin əvvəllər Qarabağı ziyarət etdiyini bildirib. O vurğulayıb ki, şəhərin təbiəti onu xüsusilə valeh edib.
 
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada səfərdədir.
 
Chosen
17
moderator.az

1Sources