EN

İran: İsrail hücumları dayandırsa, diplomatiyaya qayıtmağa hazırıq – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrinin diplomatları ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, İran diplomatik prosesə qayıtmağa hazırdır, lakin bunun üçün ilk növbədə İsrailin hücumları dayandırılmalı və təcavüzkar cavabdehlik daşımalıdır.

"Biz bir daha diplomatiyaya dönüşü nəzərdən keçirməyə hazırıq, amma yalnız hücumlar dayandıqdan və məsuliyyət məsələsi gündəmə gəldikdən sonra", - deyə Əraqçi vurğulayıb.

O əlavə edib ki, İranın müdafiə imkanları heç bir halda danışıqlar mövzusu deyil.

Nazir qeyd edib ki, İran Fransa, Almaniya və Böyük Britaniya (E3) ilə, həmçinin Avropa İttifaqı ilə dialoqun davam etdirilməsini dəstəkləyir və yaxın zamanda yeni görüşə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
27
olaylar.az

10Sources