AZ

Putin: İranın dinc nüvə hüququ var, lakin silah istehsalına qarşıyıq – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının İranda yayılmasına qarşıdır.

Olaylar.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Putin bildirib ki, Rusiya İrana dinc məqsədlərlə atom enerjisinin inkişafında dəstək göstərməyə hazırdır.

Onun sözlərinə görə, İranın nüvə texnologiyasından sülh məqsədilə istifadə etmək hüququ var. Rusiya Prezidenti əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrana qarşı nüvə silahı yaratmağa cəhdlə bağlı hər hansı sübutu yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
27
olaylar.az

10Mənbələr